Müsəlmanlardan Ronaldoya sərt reaksiya (VİDEO, FOTO)


Fələstinlilərə verdiyi dəstəklə tanınan “Real”ın ulduzu Kristiano Ronaldo arzu olunmaz halla üzləşib.

ANS PRESS-in məlumatına görə, buna səbəb onun İsrailə məxsus operator şirkətinin reklam filmində oynaması olub.

Daha əvvəl fələstinlilərə etdiyi yardımlarla gündəmə gələn Ronaldonun İsrailli şirkətin reklam filmində rol alması böyük reaksiyalara səbəb olub. 31 yaşlı futbolçunun Fələstinli pərəstişkarlarını üzdüyünü bildirənlər Ronaldonun onları üzdüyünü qeyd ediblər.

Reaksiyaların böyüməsi səbəbindən ulduz futbolçu baş verənlərlə bağlı “Twitter” hesabından açıqlama vermək məcburiyətində qalıb. “İsraildə oyunçu olacağıma dair əsassız iddialar var. Mən futbolçuyam, bu yalnız bir reklam”, – deyə heyranlarına bildirib.

“Real”ın və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo bir neçə dəfə Fələstin xalqına yardım edib. Bir müddət əvvəl o, münaqişədən əziyyət çəkən fələstinlilərə 1 milyon 200 avro məbləğində yardım edib. Ronaldoya təşəkkür olaraq, yardım alan fələstinlilər adından “Quran”ın bir nüsxəsi bağışlanılıb.

Mənbə: anspress.com

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>