3D televizor alanlar 19 dəfə artıb


Ötən il üçölçülü təsviri 3D dəstəkləyən televizorların satış həcmi 8,3 faiz artıb. DisplaySearch analitik şirkətinin məlumatına görə, 2013-cü ildə dünya bazarına ümumilikdə 44,97 milyon belə qurğu tədarük edilib. 2012-ci ildə bu göstərici 41,51 milyona bərabər olub.

 
Milli.Az ICTnews-a istinadən bildirir ki, analitiklərin hesablamalarına əsasən, dörd il əvvəl qeydə alınan rəqəmlərlə müqayisədə irəliləyiş daha çox nəzərə çarpır. Belə ki, 2010-cu ildə 3D televizorların satışlarının 2,26 milyon ədəd səviyyəsində olmasını nəzərə alsaq bazarın həcmi 19 dəfə artıb.
 
Həmçinin qeyd olunur ki, 3D TV 2013-cü ildə dünyada satılan düzpanelli televizorların ümumi sayının 20,6 faizini təşkil edib. Mütəxəssislər belə modellərin bazar payının ilk dəfə 20 faizlik həddi ötməsini xüsusi vurğulayırlar.
 
Mütəxəssislər müəyyən ediblər ki, Samsung Electronics şirkətinin televizor çeşidində 3D funksiyalı televizorların payı 24,3 faizə bərabərdir. LG Electronics və Sony şirkətlərinin məhsullarında belə modellərin nisbəti müvafiq olaraq 25,9 və 19,5 faiz qiymətləndirilir.
 
3D formalı televizorlar bazarında Çin istehsalçıları da fəaliyyətlərini aktiv şəkildə genişləndirirlər. Məsələn, Skyworth şirkətinin TV qurğularının 35 faizi üçölçülü təsviri dəstəkləyir. Çinin digər Hisense və TCL şirkətlərində belə televizorların payı müvafiq olaraq 37,1 və 21,2 faizdir.
 
Ekspertlər bildirirlər ki, 3D funksiyasını dəstəkləyən televizorların satışının artması displey sahəsinin daha perspektivli sektoru hesab edilən 3840×2160 təsvir ölçüsünə malik Ultra HD formatlı TV qurğular bazarında yüksəlişdən sonra başlayıb.
 
DisplaySearch ekspertləri əvvəlki araşdırmalarının birində 2013-cü ildə yüksək təsvir ölçüsünü dəstəkləyən maye-kristal televizorların dünya üzrə tədarükünün 1,6 milyon ədədə çatdığını qeyd edərək Çinin belə qurğular üçün nəhəng bazar olaraq qaldığını vurğulayıblar.
 
Şirkətin proqnozuna görə, 2014-cü ildə UHD formatlı televizor panellərinin satışı 2013-cü ildəki 3 milyondan 21 milyonadək artmalıdır.
 
Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>