Yahoo! təhlükəsizliyi gücləndirir


Yahoo! internet şirkəti korporativ bloqunda yazıb ki, hazırda şirkətin məlumat mərkəzləri arasında bütün trafik şifrlənir. Həmçinin şirkətdən bildirilib ki, istifadəçi xidmətləri, xüsusən Yahoo Messengerdə əlavə təhlükəsizlik vasitələri reallaşdırmaq niyyətindədir.

 
Milli.Az ICTnews-a istinadən bildirir ki, ötən ilin noyabrında Yahoo!nun baş direktoru Marissa Meyer elan edib ki, şirkət ABŞ hökuməti tərəfindən casusluq haqqında informasiyanın açıqlanması ilə bağlı bir sıra tədbirlər görəcək. Hazırda şirkətin xidmətlərinin istifadəçiləri Yahoo!nun populyar məhsullarının mühafizəli variantları ilə işləyirlər.
 
Xatırladaq ki, Edvard Snouden məlumat vermişdi ki, ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) Yahoo! və Google şirkətlərinin məlumat mərkəzləri arasında məlumatları ələ keçirir. Məlumat mərkəzlərinin operatorları buna cavab olaraq bildirmişdilər ki, onlar bundan xəbərsiz olublar və magistral rabitə sistemlərində məlumatları qorumaq niyyətləri haqda bildiriblər.
 
Yahoo! bloquna əsasən, martın 31-dək şirkətin məlumat mərkəzləri arasında ötürülən bütün məlumatlar şifrələnib ki, bu da onların ələ keçirilməsinin qarşısını almalıdır. Həmçinin Yahoo Searchdə axtarış sorğuları şifrələnir.
 
Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>