Məşhur aktyor tanınmaz hala düşdü (FOTO)


Ötən gün 3 ay reanimasiyada müalicə edildikdən sonra evə buraxılan türkiyəli məşhur aktyor Nejat İşler üzə çıxıb. ANS PRESS-in məlumatına görə, Nejat İşler sosial şəbəkədə sevimli məkanı olan Cahangirdə yerləşən restoranlardan birində olduğunu işarələyib.
Bundan sonra aktyorun dostları onun ziyarət etmək üçün adıçəkilən məkana gəliblər. Aktyoru ilk görməyə gələnlərdən biri keçmiş sevgilisi Berrak Tüzüntaç olub.

Jurnalistlərin fotokameralarına tuş gələn aktyorun müalicənin təsirindən xarici görünüşündəki dəyişiklər diqqətdən qaçmayıb. İşlerin qəbul etdiyi dərmanların təsirindən kökəlib, üzü şişib, saçı tökülüb, ən əsası isə barmaqlarının ucunun qaralıb. Yalnız su içən aktyor sağ əlini işlədə bilməsə də, səhhətinin yaxşılığa doğru getdiyini bildirib.

Hamını ən çox maraqlandıran isə aktyorun barmaqlarının vəziyyəti olub. Professor Murat Emanetoğlu aktyorun barmaqlarının kəsilə biləcəyi ilə bağlı yayılan iddialara aydınlıq gətirib. “Bunlar qan dövranının pozulması nəticəsində yaranan problemlərdir. Böyük ehtimalla iki aya sağalacaq. Amma müalicə olması şərtdir.

Mənbə: anspress.com

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>