Bu gün Sabit Rəhmanın doğum günüdür


Sabit Rəhman 26 mart 1910-cu ildə Şəkidə (o vaxtkı Nuxada) anadan olub. Ədəbi fəaliyyətə 1926-1927-ci illərdə Molla Nəsrəddin jurnalında dərc etdiyi felyetonlarla başlayıb. İlk hekayələr məcmuəsi – “Pozğun” 1931-ci ildə dərc olunub. Bir çox hekayə və pyes müəllifidir. Sabit Rəhman Azərbaycan komediyasının banilərindən hesab olunur. O, dünyaca məşhur “Arşın mal alan” və “O olmasın, bu olsun”, “Koroğlu”, “Əhməd haradadır?” filmlərinin, Ulduz musiqili komediyasının ssenarilərinin, “Yeddi gözəl” baletinin librettosunun müəllifidir.

1943-cü ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi adına layiq görülüb, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni və medalları ilə təltif olunub. Şəki dram teatrı S.Rəhmanın adını daşıyır. Bakı və Şəki şəhərlərində onun adına küçə var.

Sabit Rəhman 1970-ci ildə Bakıda vəfat edib. Bəstəkar Emin Sabitoğlunun atasıdır.

Əsərləri

Hekayələri: “Şirin bülbül”, “Qudurğan”, “Mir Qasımın macəraları”, “Kölgələr”, “Mirzəkələntər”, “Xəyal plov”, “Nikolay taxtdan düşdü”, “Qohumlar”.

Povestləri: “Vəfasız”, “Son faciə”.

Pyesləri: “Toy”, “Xoşbəxtlər”, “Aşnalar”, “Aydınlıq”, “Əliqulu evlənir”, “Yalan” və s.

Romanı: “Nina”.

Kitabları: “Pozğun” (hekayələr). Bakı: 1931, “Şirin bülbül” (hekayələr). Bakı: 1933, “Vəfasız” (povest). Bakı: 1933, “Xəyalplov”. Bakı: 1938, “Son faciə” (povest). Bakı: 1939, “Hüseyn Ərəblinski” (povest). Bakı: 1948, “Hədiyyə”.Bakı: 1949

Mənbə: anspress.com

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>