Doktor Fuad – artıq çəki çox böyük bir problemdir

fuad video
Müasir dövrdə artıq çəki çox böyük bir problemdir.Amerika qida dərnəyinin mə lumatına görə,dünya əhalisinin 1/3 artıq çəkidən əziyyət çəkir, yəni,

hər doqquz nəfərdən biri artıq çəkidən əziyyət çəkir. Piylənmə tsunami kimi insanların üzərinə gəlir. Ona görə, insanlar yemək – içməklərinə, həyat

tərzlərinə,çəkilərinə diqqətli olmaq məcburiyyətindədilər. Bu məqsədlə, doktor- dietoloq Fuad Məcidov, bu məlumatları sizlərlə bölüşür.

Qidalanma faktorunda üç ağ zərərli qidalardan – bunlara “ağ ölüm”də deyirlər – duz, şəkər, ağ un kimi qidalardan

uzaq qalmanız məsləhətdir. Aşağıda verilən mə lumatları oxuyun, qeyd edin və həyatınızda istifadə

etməyə çalışın.

* 1 kg. qara çörəkdə 11 qr. duz var.

* Tərəvəz və meyvələr duzların təsirini neytrallaşdırır.

* Duz və şəkər insanin ,hətta aparilan təcrübələrdə siçanların beyin fəaliyyətini azaldır,debilliyə səbəb olur.

* Sağlam insanin gündəlik duza təlabatı 5 gr.,bizdə isə gündə 12-13 gr. Istifadə edilir.Yumurtada,çörəkdə kifayət qədər duz var. Min illərcə insanlar şəkərsiz yaşayiblar, hətta dahi insanlar belə yetişiblər, yəni şəkər beyin üçün vacib deyil.

* Siçovullara şəkərlə zəngin qidalar virilib və onlarda beyin fəaliyyəti azalmışdir.

* Şəkəri yemək kimi istifadə etməyin! Şəkər bir desertdir.

* Şəkər əvəzediciləridə bizim orqanizmamız tərəfindən şəkər kimi qəbul edilir və insulin sintezi artır, dirənc yaranır, qara ciyər yağlanır,ona görə bunlarıda kənara qoyaq və ya şəkərli diabet xəstələri üçün saxlayaq.

* Avropada duzlu-şəkərli qidalardan uzaq qaldıqları üçün orta yaşam müddəti də daha da artır.

* Duzu daxilə qəbul etməkdənsə xarici vannalar kimi qəbul etmək faydalıdır.Yəni,dəri,bronxial astma,oynaq xəstəliklərində istifadə etmək uyğundur.

Metabolizmani sürətləndirən 15 qida:

Qreyfrut,yaşıl çay, qatıq, badam, qəhvə, hind quşu əti, yaşıl alma, lobya, acı yaşıl bibər, brokoli, darçın, alma

sirkəsi, yulaf, ispanaq, sarıkök. Təzə yumurta suda batir, bayatlamış köhnə yumurtada

hava çox olduğu üçün suda batmır.

Sağlam həyat tərzi üçün:

Su-gündə ən azı 2 litr su içmək

Sağlam qidalanma- təzə meyvə-tərəvəzlər, proteinlər, lifli qidalar.

Stresdən uzaq qalmaq.

Yuxu – gündə ən az 8 saat yatmaq.

Hərəkət – həftədə ən az 3 gün idman etmək.

Doktor Fuad bu yaxınlarda Kəpəz Tv də iştirak edib, həmin verilişə burada baxa bilərsiniz. 

Sağlam qidalanaraq, arıqlamaq üsülları haqda daha ətraflı məlumat üçün doktor dietloq Fuad Məcidov ilə əlaqə saxlaya bilərsiniz
Telefon 00994 51 895 00 01

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>