Rolex… Orijinal və replika saatlar

rolex
Əminəm hər kəs, qolunda bir ROLEX brendinin saatının olmasını arzulayır. Lakin əsl Rolex-i digərlərindən necə seçməyi bilirsinizmi ?

Montres Rolex S.A 1905-ci ildə Londonda yaranıb və sonradan, 1920-ci ildə Isveçrənin Jeneva şəhərində istehsalına davam edib . Rolex dünyanın ilk Xronometrik dəqiqliyinə görə sertifikat alan qol saatıdır. Bir ildə bu brend yarım million, sutkada 2000 saat istehsal edir. Məşhur amerika jurnalı FORBES, 2012-ci ildə dünyanın ən güclü qlobal brendlərinin siyahısında 57-ci yerdə Rolex brendini qeyd etmişdi.

Lakin hər böyük brendin saxtaları da yaranır ki bu da alıcılara seçimlərində çətinlik yaradır. Əsl Rolex saatlarını saxtalarından seçmək çətindir, ancaq bir neçə nüansa diqqət yetirsəniz fərqi görə bilərsiniz .

Ilk olaraq saata diqqətlə qulaq asın. Əsl Rolex brendinin saatları ( və digər keyfiyyətli saatlar) xüsusi mexanizmlə hazırlanıb ki, bu da saniyə əqrəbinin çox yumsaq, səssiz hərəkətinə şərait yaradır. Əgər qulaq asdığınızda əqrəbin tıkkıldadığını eşidirsinizsə deməli sizin saat saxtadır.

Rolex brendinin bir çox saatlarında sağ tərəfdə, 3 rəqəminin yanında ayın tarixini göstərən rəqəm yerləşdirilib. Əsl saatda bu tarixin üzərinə böyüdücü şüşə yerləşdirildiyi halda saxta saatlarda adi şüşə qoyulub.

Bir digər diqqət yetirilməli hal, saatın ağırlığındadır. Əsl Rolex əsl metaldan və təmiz sapfir şüşədən hazırlanır. Bu da çəkisinə ağırlığ qatır. Əgər əlinizdəki saat yüngüldürsə deməli saxtadır.

Saatı əlinizə alın arxa hissəsinə diqqət yetirin, təmiz metaldan hazırlanan saatın arxa hissəsində heç bir yazı, işarə olmamalıdır. Həmçinin kəməri təbii dəridən və ya təmiz metaldan olmalıdır.

Ən əsası isə, saatı su ilə yoxlayın. Əsl Rolex brendinin saatları su keçirməzdir. Sadəcə saatı su dolu bir qaba buraxın və bir neçə dəqiqədən sonra çıxarın. Bu brendin saatları suda qalmağına baxmayaraq öz qaydasıyla işləyir və bir damcı belə şüşənin altında su olmur.

Lakin, bəzi hallarda insanlar bilərəkdən, bahalı brendlərin saatlarının surətlərini alırlar. Buna səbəb nədir? Birinci səbəb alıcının maddı imkanının bahalı saatı almağa maddi imkanı olmamasıdır. İkinci səbəb belə saatların bəzi hallarda keyfiyyətcə əsl saatdan geri qalmamasıdır. Bu saatlara copy və ya replika deyilir.

Bəs necə olur ki, qeyri orijinal saat əslindən seçilmir? Belə ki, orijinal saatlar bir çox hallarda Yaponiyada istehsal olunmuş mexanizmlır ilə təhciz olunur. Bu mexanizmlər isə satışa da verilir. Bir çox hallrda orijinal və surət saatların mexanizmlərini müqayisə edərkən, onların eyni olduğu məlum olur.  Ən çox yayılmış saat mexanizmi MİYOTA dır.

Ümid edirik bütün bunlar sizə doğru seçim etməkdə kömək edəcək. Aəzrbaycanda saatshop.az saytı sizə geniş çeşitdə saatlar təklif edir.

Müəllif: Nərmin Quliyeva

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>