Gəncədə tutulan QHT sədri ilə bağlı rəsmi açıqlama


Martın 31-də Gəncədə “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlinin polis tərəfindən saxlanılması ilə bağlı ANS PRESS-in sorğusuna Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov cavab olaraq bildirib ki, Həsən Hüseyinli öz həmyerlisi olan bir vətəndaşa bıçaqla xəsarət yetirdiyinə görə, saxlanılıb.

“Mart ayının 31-də DİN-in “102-zəng” mərkəzinə Gəncədə 2 nəfərin dalaşması ilə bağlı məlumat verilib. Məlumatda onlardan birinin xəsarət aldığı da qeyd olunub. Dərhal Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları deyilən ünvana yollanıb. Məlum olub ki, Gəncə şəhər sakinləri Həsən Hüseyinli və Arzu Qəhrəmanov aralarında yaranmış münaqişə zəmnində dava ediblər və bu zaman Həsən Hüseyinli üstündə gəzdirdiyi bıçaqla Arzu Qəhrəmanova bədən xəsarəti yetirib.

Qol nahiyəsindən yaralanan Arzu Qəhrəmanov dərhal xəstəxanaya yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir. Həsən Hüseyinli isə polis tərəfindən saxlanılıb.

Faktla bağlı Gəncə BPİ-də Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır”.

DİN sözçüsü onu da bildirdi ki, mətbuatda Həsən Hüseyinliyə qarşı guya təxribat törədilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Onun sözlərinə görə, Həsən Hüseyinli törətdiyi konkret cinayət əməlinə görə saxlanılıb.

Источник: anspress.com

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>