Bakıda 11-ci sinif şagirdi evinin yanında öldürüldü


Ötən gün saat 22 radələrində Bakının Binəqədi rayonu ərazisində dəhşətli qətl hadisəsi baş verib. Binəqədi rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə Biləcəri-Binəqədi şosesində, döngə 4 ünvanında, “Davud market”in qarşısında törədilib.

Belə ki, 1997-ci il təvəllüdlü Mobil Mehman oğlu Abdullayevi yaşadığı evin yaxınlığında qan içində tapıblar. Ona 10-a yaxın bıçaq zərbələri vurululduğu aydınlaşıb.
Mobil Abdullayevi ölümcül yaralı halda xəstəxanaya yerləşdiriblər. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, Mobil Abdullayev Biləcəridəki orta məktəbin 11-ci sinif şagirdi olub.
Hadisə ilə bağlı dərhal Binəqədi rayon Polis İdarəsinin və 6-cı polis bölməsinin əməkdaşları tərəfindən xüsusi araşdırma qrupu yaradılıb. Hazırda məktəblinin nə üstündə və kim tərəfindən öldürülməsi araşdırılır.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Источник: anspress.com

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>