17 yaşlı qız avtobusda zorlandı


Sinqapurda 17 yaşlı qız sərnişin avtobusunda 40 yaşlı kişi tərəfindən zorlanıb. ANS PRESS-in “Channelnew”ə istinadən verdiyi məlumata görə, hadisə səhər saatlarında baş verib.

Belə ki, 106 saylı sərnişin avtobusunda Korinq adlı 40 yaşlı kişi qəfildən qarşısında dayanan qısa don geyinən qıza hücum edib. Həmin vaxt avtobusda az sayda sərnişin olub. Digər sərnişinlər kişiyə mane olmaq istədikdə, o silah çıxarıb və ətrafındakıları təhdid etməyə başlayıb.

Həmin şəxs avtobus sürücüsünü də qorxudub və maşını saxlamamağı əmr edib.

Silahlı şəxs sərnişinlərin gözü önündə qızı zorlayıb. Avtobus sürücüsü imkan tapan kimi avtomobili polis idarəsinə sürüb. Polislərin müdaxiləsi nəticəsində həmin şəxs tərkisilah olunub.

Zorlanan 17 yaşlı qız psixi sartıntı keçirdiyi üçün həkimə göndərilib.

Araşdırmalar zamanı məlum olub ki, 40 yaşlı Korinq yenicə həbsxanadan çıxıbmış. Onun uzun müddət həbsxanada məhkumluq həyatı yaşadığı və psixi problemləri olduğu bəlli olub.

Polis faktla bağlı araşdırma aparır.

Источник: anspress.com

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>